Ukrayna Krımı Böyük Britaniyanın uzaqmənzilli raketləri ilə vuracaqbackend

Ukrayna Krımı Böyük Britaniyanın uzaqmənzilli raketləri ilə vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Krımda hədəfləri vurmaq üçün Britaniyanın uzaqmənzilli raketlərindən istifadə etməyə hazırdır.

Editor.az bildirir ki, bu barədə “The Times” Ukrayna hərbi dairələrindəki mənbələrə istinadən yazır. Nəşrə görə, bu, hərbi münaqişədə ciddi eskalasiyaya çevrilə bilər. Hazırda Böyük Britaniya hökuməti Ukraynaya nə qədər raket verə biləcəyini müzakirə edir.

İlkin hesablamalara görə, 240 km-ə qədər uçuş məsafəsi olan “Harpoon” gəmi əleyhinə raketlərindən söhbət gedir. Onlar həm də yer hədəflərinə zərbələr endirmək üçün dəyişdirilə bilir. Digər variant isə 560 km (ixrac versiyası üçün – təqribən 250 km) uçuş məsafəsi olan “Storm Shadow” təyyarə raketləridir.

Qeyd edək ki, fevralın 8-də Britaniya parlamentariləri qarşısında çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, uzaqmənzilli raketlər Kiyevə “işğal olunmuş ərazilərin dərinliklərindəki anbarlarını məhv etməklə şər qüvvələrini ölkədən tamamilə geri çəkilməyə məcbur etməyə” imkan verəcək. Böyük Britaniyanın baş naziri Rişi Sunak Londona səfərindən sonra Britaniyanın Ukraynaya “daha uzunmənzilli silahlar” ötürməyə hazırlaşdığını təsdiqləsə də, təfərrüatlar açıqlanmayıb. Sunak həmçinin Ukraynaya döyüş təyyarələrinin tədarükünü də istisna etməyib.

//Samir Qurbanov, Editor.az