Ukrayna Krımın Rusiya tərəfindən işğalı ilə barışır?backend

Ukrayna Krımın Rusiya tərəfindən işğalı ilə barışır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi cəhətdən tanımır, çünki bu, Konstitusiyaya və dövlətin suverenliyinə ziddir.

Editor.az bildirir ki, bu barədəUkrayna prezidenti Vladimir Zelenski aprelin 22-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiyanın müvəqqəti işğal etdiyi ərazilər mövzusunun müzakirəsi müharibənin uzanmasına gətirib çıxarır.

“Biz Krım, suveren ərazilərimiz haqqında danışmağa başlayan kimi müharibənin uzadılması formatına daxil oluruq – Rusiya məhz bunu istəyir. Biz artıq 12 ildir mübarizə aparırıq. Bu, Rusiya ilə ərazilərlə bağlı razılaşmanın mümkün olub-olmaması sualının cavabıdır”, – prezident qeyd edib. Zelenski vurğulayıb ki, Rusiya ilə tez bir zamanda razılaşmaq mümkün deyil. “Təzyiq bütün dünyadan, ilk növbədə, Amerikadan lazımdır. Biz ABŞ prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təşəbbüsünü dəstəklədik. Lakin “bir gündə hər şeyi birdən razılaşmaq” cəhdi nəticə verməyəcək”, – Ukrayna lideri bildirib.

//Samir Qurbanov, Editor.az