Ukrayna lazım gələrsə, Belarusu da vuracaqbackend

Ukrayna lazım gələrsə, Belarusu da vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, NATO ölkələri razılaşmalı və Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verməlidir.

Əgər hərbi obyekt Rusiyadan Belarus ərazisinə köçürülərsə, o zaman Ukrayna Silahlı Qüvvələrinə Belarus ərazisinə də hücuma icazə verilməlidir”, – deyə o əlavə edib: “Mən həmişə bu fikirdə olmuşam ki, ukraynalılar tamamilə hədəf seçməyə qadirdirlər. Mən tam əminəm ki, onlar təhlükənin haradan gəldiyini bilir, görür və başa düşürlər”, – deyə nazir Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Ukraynanın zərbələrinin potensial hədəfləri hərbi şəhərciklər və hərbi texnika anbarları ola bilər. Litvanın baş naziri İnqrida Simonyte bu yaxınlarda bəyan edib ki, ölkəsi Ukraynaya hərbi təlimatçılar göndərmək üçün müttəfiqlərinə qoşulmağa hazırdır. Aprel ayında Latviya hakimiyyəti Ukraynaya təlimatçıların göndərilməsi barədə məlumat vermişdi.

//Samir Qurbanov, Editor.az