Ukrayna Litvadan “M113” zirehli personal daşıyıcısı alacaqbackend

Ukrayna Litvadan “M113” zirehli personal daşıyıcısı alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Ukraynaya çox sayda hərbi maşınlar göndərəcək.

Editor.az “haberler.com”a istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas deyib.

O, bildirib ki, yaxın vaxtlarda Ukraynaya 20 ədəd “M113” zirehli personal daşıyıcısı, 10 hərbi yük maşını və 10 zirehli “SUV” (minatəmizləmə əməliyyatları üçün) nəqliyyat vasitəsi göndəriləcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi də ABŞ-ın 800 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynanı 200 ədəd “M113″lə təmin edəcəyini açıqlayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az