Ukrayna Londonda Donald Trampın sülh planını deyil, 30 günlük atəşkəsi müzakirə etmək istəyirbackend

Ukrayna Londonda Donald Trampın sülh planını deyil, 30 günlük atəşkəsi müzakirə etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın sülh planına məhəl qoymadan 30 günlük atəşkəsə diqqət yetirməyi planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbəsinin məlumatına görə, son 24 saat ərzində rəsmi Kiyev ABŞ prezidenti Donald Trampın təşəbbüsündən yayınaraq çərşənbə günü keçiriləcək görüşdə müvəqqəti atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirib.

Trampın planına hərbi əməliyyatların dondurulması, Krımın Rusiya kimi tanınması, Ukraynanın NATO-dan çıxması və 2014-cü ildən bəri ABŞ sanksiyalarının ləğvi daxildir. Bunun müqabilində Ukrayna təhlükəsizlik zəmanəti, Dneprdə naviqasiya azadlığı və yenidənqurma işlərində yardım ala bilər.
Qeyd edək Ki, bu gün – aprelin 23-də Londonda Ukrayna, ABŞ və Avropa nümayəndə heyətlərinin görüşü baş tutacaq.

//Samir Qurbanov, Editor.az