Ukrayna müdafiə qüvvələri çərşənbə axşamı gecə Rusiyanın işğalı altında olan Luqansk və Berdyanskda iki aerodromu vurmaq üçün ATACMS uzaqmənzilli raketlərindən istifadə edib.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, ABŞ son bir neçə gün ərzində gizli şəkildə Ukraynaya “az sayda raket” göndərib.
Qəzet digər təfərrüatları açıqlamasa da, Ukraynanın aldığı ATACMS modifikasiyasının təqribən 160 kilometrə qədər uçuş məsafəsinə malik olduğunu aydınlaşdırıb.
//Samir Qurbanov, Editor.az

