Ukrayna MDB-nin mülki aviasiya və hava məkanına dair sazişlərindən çıxıbbackend

Ukrayna MDB-nin mülki aviasiya və hava məkanına dair sazişlərindən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna MDB çərçivəsində imzalanan mülki aviasiya və hava məkanının istifadəsinə dair sazişlərdən çıxıb. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Editor.az APA-ya istinadən bildirir ki, “Prezident Vladimir Zelenski Ukraynanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanan beynəlxalq müqavilələrdən çıxması haqqında 70/2021 saylı fərman imzalayıb”, – Ukrayna Prezidentinin rəsmi internet səhifəsində deyilir. Söhbət 1991-ci ilin dekabrın 25-də və 1992-ci ilin mayın 15-də imzalanan hava məkanının istifadəsinə dair sazişlərdən gedir.

Xatırladaq ki, 1991-ci ilin sazişi, ilk növbədə, mülki aviasiya ilə əlaqəli məsələlərdə keçmiş SSRİ-nin bir neçə şöbəsinin hüquqi varisi olmuş Dövlətlərarası Aviasiya Komitəsini (İAK) təsis edib. Müqavilənin hər bir konkret ölkəsindəki fəaliyyət dairəsi milli qanunvericiliklə müəyyən edilmişdir. Ukraynanın müqavilədən çıxması, ölkənin artıq faktiki olaraq baş verən İAK fəaliyyətində iştirakını dayandırması anlamına gəlir.

Loading...