Ukrayna məsələsi Parisdə müzakirə olunacaqbackend

Ukrayna məsələsi Parisdə müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bu həftə Parisə səfər edəcəklər.

Editor.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir ki, Onların sözlərinə görə, Amerika rəsmiləri Fransa hakimiyyəti ilə Ukrayna, İrandakı vəziyyəti və ticarət əlaqələrini müzakirə etmək niyyətindədirlər. Vitkoffun Fransa prezidenti Emmanuel Makronla, ABŞ dövlət katibinin isə Fransanın xarici işlər naziri Jan-Noel Barrotla görüşü gözlənilir.

NATO-nun baş katibi Mark Rutte dünən ABŞ-ın vasitəçiliyi ilə Ukrayna üzrə sülh danışıqlarını çətin adlandırıb. Rusiya son aylarda Avropa paytaxtlarında yaradılması müzakirə edilən Ukraynada hərbi kontingentin yerləşdirilməsi ideyasını rədd edir.
Aprelin əvvəlində Kiyevdə Böyük Britaniya və Fransa hərbçilərinin ukraynalı həmkarları ilə görüşü baş tutub. Burada Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və ölkədə “qanunverici qüvvələr”in mümkün yerləşdirilməsi məsələləri müzakirə olunub.

//Samir Qurbanov, Editor.az