Ukrayna milli kriptoqrafiya bazası əsasında Blokçeyn yaradıb.
Editor.az ted.az-a istinadən bildirir ki, Blokçeyn sistemi Ukraynanın İnformasiya Təhlükəsizliyi və Xüsusi Rabitə Xidməti tərəfindən hazırlanıb.
Sözügedən xidmət sistemin təhlükəsizliyi üçün də reqlament hazırlayıb. Hazırda sistem təsdiq üçün Ukrayna Nazirlər Kabinetinə göndərilib.