Mariupolda Ukraynanın su polosu üzrə milli komandasının keçmiş kapitanı Yevgeni Obedinski həlak olub. İdmançı martın 17-də öldürülüb. Üç övladı var idi.
Bu barədə Editor.az “Unian nət”ə istinadən məlumat verir. İdmançının atası və məşqçisi Aleksandr Obedinskinin sözlərinə görə, “17 mart 2022-ci ildə oğlum Jenya Mariupolda həlak olub.
Parlaq və mehriban insan, üç uşaq atası, həssas oğul, qardaş, ata, dost, əla idmançı, idman ustası idi. Dəfələrlə Ukrayna çempionu olub.” İlyçevets” komandasının və Ukrayna milli komandasının kapitanı kimi çox sevilib. …O, çox həyatsevər idi, nə qədər çətin olsa da, ruhdan düşməz, həyatdan şikayətlənməzdi. Onun həmişə bir cavabı var idi: ata narahat olma, mən bunun öhdəsindən gələ bilərəm”, – Aleksandr Obedinski yazıb.
Editor.az

