Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəisi Krım yarımadasına yeni zərbələrin anonsunu verdibackend

Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəisi Krım yarımadasına yeni zərbələrin anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri Krımda rus işğalçılarına zərbələr endirməyə davam edəcək.

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yanvarın 19-da Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinə istinadən Financial Times-a verdiyi şərhdə deyib.

Budanov vurğulayıb ki, işğalçı ölkə Rusiya Federasiyasına təzyiqləri davam etdirmək lazımdır. Xüsusilə, müvəqqəti işğal olunmuş Krımda düşmənə havadan hücum etmək, dəniz hücumu aparan dronlarından istifadə etmək və gizli xüsusi əməliyyatlar aparmaq lazımdır.

“Bizim bölmələrimiz keçən il dəfələrlə Krıma daxil olub”, – Budanov qeyd edib və əlavə edib ki, xüsusi təyinatlıların fəal hərəkətləri davam edəcək.

Baş Kəşfiyyat İdarəsinin rəisi həmçinin bəyan edib ki, müvafiq missiyaların prioritetlərindən biri müvəqqəti işğal olunmuş yarımadada Rusiya qoşunlarının maddi-texniki təchizatının məhv edilməsidir.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!