“Mühasirədə olan liman şəhəri Mariupolun müdafiəsini sonuna qədər davam etdirəcəyik”.
Editor.az “BBC”yə istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
Reznikov 10 mindən çox əsgərlə şəhəri mühasirəyə alan rus ordusunu da dəf etdiklərini qeyd edib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Mariupol limanının ələ keçirildiyini açıqlamışdı. Lakin bu xəbər hələ ki, öz təsdiqini tapmayıb.
Qeyd edək ki, Ukrayna Baş Qərargahı şərqdə Donetsk və cənubda Xersonda Rusiya qüvvələrinin hücuma hazırlaşdığını açıqlayıb. Bildirilir ki, Rusiya qüvvələri ölkənin şərqindəki Xarkov şəhərində hücumlarını gücləndirib.
//Gülnarə Abasova, Editor.az

