Ukrayna Monqolustana müraciət etdi: Putini həbs edin!backend

Ukrayna Monqolustana müraciət etdi: Putini həbs edin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyi Monqolustan hakimiyyətini Putinin məcburi beynəlxalq həbsinə dair orderə əməl etməyə çağırıb.

“Ukrayna tərəfi ümid edir ki, Monqolustan hökuməti Vladimir Putinin hərbi cinayətkar olması faktından xəbərdardır ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ukraynalı uşaqların Rusiya Federasiyasına qanunsuz məcburi köçürülməsi şübhəsi ilə onun həbsinə order verilib.

Onun yurisdiksiyası Monqolustan tərəfindən də tanınır”, – deyə departamentinin Teleqram kanalında deyilir. Bəyanatda qeyd olunur ki, ukraynalı uşaqların oğurlanması Putinin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməli olduğu çoxsaylı cinayətlərdən yalnız biridir. “Bu şəxslər Ukraynaya qarşı təcavüzkar müharibə, Ukrayna xalqına qarşı vəhşilik, qətl, zorlama, soyğunçuluq, mülki infrastrukturun atəşə tutulması və soyqırımda günahkar olduğuna görə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməlidir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

//Samir Qurbanov, Editor.az