Ukrayna: “Moskvanın taxıl sazişinə qayıtması ilə bağlı danışıqların heç bir mənası yoxdur”backend

Ukrayna: “Moskvanın taxıl sazişinə qayıtması ilə bağlı danışıqların heç bir mənası yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Humanitar dəhliz Rusiya Federasiyası olmadan uğurla fəaliyyət göstərdiyi üçün Moskvanın taxıl sazişinə qayıtması ilə bağlı danışıqların heç bir mənası yoxdur”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi yanında Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

“Moskvanın özünün çıxdığı taxıl müqaviləsinə qayıtması ilə bağlı danışıqların artıq mənası yoxdur. Taxıl dəhlizinin uğurlu işləməsi Rusiya donanmasını Qara dənizin şimal-qərb sularından sıxışdırıb çıxaran Ukrayna Müdafiə Qüvvələri sayəsində mümkün olub”.

//Safura Bənnayeva, Editor.az