Ukrayna Müdafiə Nazirliyi Lvov vilayətinin Yavorovski rayonunun Stariçi kəndində Beynəlxalq Sülhməramlı Mərkəzə hücum zamanı 180 əcnəbi muzdlunun həlak olması ilə bağlı Rusiya mətbuatında yayılan məlumatları təkzib edir.
Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Markiyan Lubkivski bYavorovski rayonunun Stariçi kəndində raket zərbələri nəticəsində ölənlər arasında əcnəbilərin olmadığını bildirib. Qeyd edək ki, Lvov vilayətinin Yavorovski rayonunun Stariçi kəndindəki Beynəlxalq Sülhməramlı Mərkəzinin ruslar tərəfindən atəşə tutulması nəticəsində 35 nəfərin həlak olub, daha 134 nəfər də yaralanıb.
Editor.az

