Ukrayna müdafiə nazirliyində struktur dəyişiklikləri olacaqbackend

Ukrayna müdafiə nazirliyində struktur dəyişiklikləri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə naziri Aleksey Reznikov müavinləri vəzifəsinə namizədlərin təsdiqi üçün sənədləri təqdim edib.

Editor.az bildirir ki, bu barədə Reznikov Facebook-da məlumat verib. O qeyd edib ki, “Ən əhəmiyyətlisi, işin səmərəliliyini artırmaq məqsədilə Müdafiə Nazirliyinin kadr və struktur yenilənməsi ilə bağlı bir sıra aktual qərarlar barədə məlumat vermək istərdim. Yeni nazir müavinləri olacaq. Artıq müvafiq sənədləri təsdiq üçün təqdim etmişəm”.

Reznikov mümkün namizədlərin sayını və adlarını açıqlamayıb. Ukrayna mənbələrinin məlumatına görə, bu namizədlər könüllü, ictimai xadim, “Turn Back Alive” xeyriyyə fondunun təsisçisi Vitali Deyneqa və 5, 6 və 7-ci çağırışların xalq deputatı, Kanadadakı keçmiş səfir Andrey Şevçenkodur.

//Samir Qurbanov, Editor.az