Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanov 104 terror aktında iştirakda ittiham olunur.
Editor.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidmətindən bildirilib. Məhkəmənin hökmü ilə onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a”, “c” bəndləri ilə (bir qrup şəxs tərəfindən törədilmiş və ağır nəticələrə səbəb olan terror aktı) ittiham olunur və barəsində üzrə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müddət onun Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya Federasiyasında saxlandığı andan hesablanacaq. Xatırladaq ki, aprel ayında Moskvanın Lefortovo Məhkəməsi Kirill Budanovu terror aktlarını təşkil etməkdə ittiham edərək qiyabi həbs edib.
Oktyabrın 3-də Rusiya İstintaq Komitəsi onu yenidən Cinayət Məcəlləsinin 205-ci (terror aktı) 2-ci hissəsi ilə ittiham olunmuşdur. Bu iş 2022-ci ilin aprelindən 2023-cü ilin sentyabrına qədər olan dron hücumları səbəbindən qaldırılıb. İşin bir hissəsi olaraq, Rusiya Daxili İşlər Nazirliyi dekabrın ortalarında Budanovu axtarışa verib.
//Samir Qurbanov, Editor.az

