Ukrayna Rusiya ərazisinə zərbə endirmək hüququna malikdir və daha çox müttəfiqlər bununla razılaşır.
Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun nazirlər toplantısında deyib: “Ukraynanın özünümüdafiə hüququ var və bu, NATO silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməkdən ibarətdir”.
Stoltenberq həmçinin qeyd edib ki, onun bu cür düşünməsi Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələrinin müdafiə xarakteri daşıması ilə bağlıdır: “Ukraynanın özünü müdafiə etmək üçün cavab zərbəsi endirmək hüququ olmalıdır”, – Stoltenberq vurğulayıb. Baş katib qeyd edib ki, effektiv müdafiə üçün Ukrayna NATO-nun ən son silahlarından istifadə etməlidir.
Getdikcə daha çox NATO üzvü olan ölkələr Ukraynaya silahlarından istifadə etməyə icazə verirlər, lakin Ukrayna Silahlı Qüvvələri üçün hansı şərtlərin irəli sürüldüyünü açıqlamayıblar: “Biz gözləyirik ki, bu (Rusiyaya zərbələr) məsuliyyətlə həyata keçiriləcək”, – Stoltenberq yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az