Ukrayna müdafiə qüvvələri bu əraziləri geri aldıbackend

Ukrayna müdafiə qüvvələri bu əraziləri geri aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələri Xarkov vilayətinin Kupyanski rayonunun Novomlinsk kəndi ərazisində Rusiya ordusunun hücumlarını dəf edib.

Bu barədə dekabrın 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Baş Qərargahdan onu da bildiriblər ki, təmizləmə işləri “Edelveys” 10-cu əlahiddə dağ-hücum briqadasının 8-ci ayrı-ayrı hücum batalyonunun əsgərləri tərəfindən aparılıb. “Oskolun sağ sahili müdafiə qüvvələrinin nəzarəti altındadır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az