Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində cəbhənin iki istiqamətində – Seversk və Toretsk bölgələrində irəliləyib.
Editor.az bildirir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) aprelin 14-də yaydığı hesabatda deyilir. Hərbi analitiklərin geolokasiya edilmiş məlumatları göstərir ki, Ukrayna Silahlı Qüvvələri cəbhənin bəzi ərazilərində, xüsusən Beloqorovkanın cənub-qərbində (Severskdən şimal-şərq) taktiki uğur əldə edib.
Eyni zamanda, işğalçı ölkənin ordusu Donetsk vilayətinin Seversk, Toretsk və Pokrovsk, həmçinin Xarkov vilayətinin Kupyansk yaxınlığındakı təmas xəttinin digər hissələrində də mövqelərini yaxşılaşdıra bilib.
//Samir Qurbanov, Editor.az