Ukrayna müdafiə qüvvələri Kerç körpüsünü məhv edəcək silahı aldıbackend

Ukrayna müdafiə qüvvələri Kerç körpüsünü məhv edəcək silahı aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələri ABŞ- Ordu Taktik Raket Sistemləri (ATACMS) raket sistemlərindən istifadə etməklə, Sevastopolda Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini batıra bilərdi.

Editor.az bildirir ki, bu barədə “Forbes” mayın 19-da yazıb. Nəşr qeyd edir ki, Rusiyanın işğalı altında olan Krımın mayın 19-na keçən gecə vurulan Sevastopol limanı cəbhə xəttindən 240 km-dən çox cənubda yerləşir.

Portuqaliyalı hərbi məsləhətçi Nuno Feliks nəşrə bildirib ki, işğalçı ordunun Krımda ATACMS-ə qarşı mübarizə imkanları demək olar ki, yoxdur. Dəqiq ATACMS Rusiyanın cənubunu işğal olunmuş yarımada ilə birləşdirən Kerç körpüsü üçün də ciddi təhlükə yarada bilər. Norveçli ekspert Fabian Hoffmann deyir ki, gəmiyə dəyərsə, körpüyə də çarpa bilərlər.

Bir sözlə, ATACMS “müharibənin əsas ərazisi olan Krımı yararsız hala salmağa ciddi təsir göstərə bilər”, – ekspert qeyd edib.

//Samir Qurbanov, Editor.az