Ukrayna Müdafiə qüvvələri son bir həftədə nə qədər ərazini azad edib?backend

Ukrayna Müdafiə qüvvələri son bir həftədə nə qədər ərazini azad edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində irəliləməyə davam edir. Son bir həftə ərzində onlar 37 kv. km. ərazini düşməndən azad ediblər.

Editor.az bildirir ki, bu barədə Müdafiə nazirinin müavini Anna Malyar Telegram-da məlumat verib: “Şərqdə həm hücum, həm də müdafiə əməliyyatları davam edir. Biz Baxmut istiqamətində hərəkət edirik, düşmən isə Limanski, Avdeyevski, Maryinski istiqamətində hücumlarını davam etdirir. Orada ağır döyüşlər gedir”. Nazir müavini əlavə edib ki, son bir həftə ərzində əməliyyat şəraitinin yaxşılaşdırılması və cəbhə xəttinin düzülüşü nəticəsində işğaldan azad edilmiş ərazi daha 9 kvadrat kilometr artırılıb.

Eyni zamanda, bir həftə ərzində düşmənin şərqdə atışmalarının sayı iki dəfə artıb – işğalçılar 7 gün ərzində 11753 dəfə atəş açıblar (keçən həftə əvvəl 6457 idi). Müdafiə Qüvvələri cənubda Melitopol və Berdyansk istiqamətlərində, xüsusən Novodarovka, Priyutnoye, Novodanilovka, Robotino, Novoselka, Staromayorski istiqamətlərində irəliləyir. Malyarın sözlərinə görə, müdafiəçilər bütün istiqamətlərdə uğur qazanıblar və son bir həftə ərzində 28,4 kvadrat kilometr ərazi azad edilib. Ümumilikdə cənubda işğaldan azad edilən ərazi artıq 158,4 kvadrat kilometr təşkil edir.

//Samir Qurbanov, Editor.az