“Ukrayna müharibəsi bunun nəticəsini bəlli edəcək” – ŞƏRHbackend

“Ukrayna müharibəsi bunun nəticəsini bəlli edəcək” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada seçki marafonu başa çatdı. Vladimir Putin yenidən altı il müddət üçün Rusiyanın Prezidenti seçildi. Seçkinin keçirildiyi şərait göz önündə oldu. Müxalif liderlərin seçkiyə buraxılmadığı, müxalif fikirli insanların həbs edilib cəbhəyə göndərildiyi, həbsxanalara salındığı, Navalni kimi müxalifətçinin orda öldürüldüyü bir seçki oldu. Təbii ki, Putini dəstəkləyən insanların da çox olduğu bir seçki sonrası böyük səs çoxluğu ilə qalib olan bu seçkiyə insanların əvvəlkilərdən fərqli olaraq çox seçicinin gəldiyi də elan edildi. Əslində, bu, öncədən bəlli idi və sürprizlərin olacağını kimsə gözləmirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, davam edən Ukrayna müharibəsi fonunda Putinin yeni prezidentliyi dövründə əvvəlki siyasətini davam etdirəcəyi böyük ehtimaldır:

“Putin Rusiyası bu müharibənin təbliğatını elə qurub ki, onlar özlərini haqlı tərəf kimi qələmə verirlər. Ukraynada etdiklərini də doğru hesab edirlər. Odur ki, müharibənin davam edəcəyi şübhə doğurmur. Rusiya daxilində də hansısa ciddi dəyişikliklər olacağı gözlənilmir. Prosesləri ancaq Ukraynaya Qərbin verəcəyi ciddi dəstək dəyişə bilər. Bunun mesajları artıq daha aydın verilir. Hesab etmək olar ki, proseslərə tam aydınlıq ilin sonunda ABŞ-da baş tutacaq prezident seçkiləri aydınlıq gətirəcək. Tramp seçilərsə, hansı ki bu ehtimal da böyükdür, Rusiyanın nisbətən rahatlayacağını demək olar. Amma bu, aldadıcı görüntü də ola bilər. ABŞ dövləti qələbə qazanacağı bir durumu Putinə hədiyyə edə bilməz. Bu, məntiqə ziddir. Belə bir durum olması ehtimalında ABŞ-da Trampa impiçment tətbiq edərlər, amma Putin qələbə qazanıb Avropanın başına bəla olmasına imkan verməzlər. Hesab edirəm ki, Putinin bu prezidentliyi dövrü sonuncu olacaq, hətta sona kimi olmayacaq. Ukrayna müharibəsi bunun nəticəsini bəlli edəcək”.

//Gülnarə Abasova, Editor.az