Ukrayna müharibəsi ilə bağlı MÜHÜM AÇIQLAMA – Geri çəkilirlər…backend

Ukrayna müharibəsi ilə bağlı MÜHÜM AÇIQLAMA – Geri çəkilirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Donbassda sursatlarının tükəndiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə siyasətçi ABC televiziyasına müsahibəsində deyib.

O əlavə edib ki, Ukrayna ordusu ikinci və üçüncü müdafiə xəttinə çəkilir:

“Baxın, vaxt önəmlidir… Onların Donbassda sursatları tükənmək üzrədir və ruslar qərbə doğru irəliləməyə davam etdikcə ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər. Onlara dəstək lazımdır və indi ona ehtiyac var”.