Ukrayna müharibəsindən sonra Şimali Koreya ordusu “əhəmiyyətli dərəcədə” güclənib – The Timesbackend

Ukrayna müharibəsindən sonra Şimali Koreya ordusu “əhəmiyyətli dərəcədə” güclənib – The Times

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Ukraynada müharibənin başlamasından sonra ordusunun imkanlarını “əhəmiyyətli dərəcədə” artırıb.

Bu barədə Böyük Britaniyanın The Times nəşri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) qiymətləndirməsinə istinadən məlumat yayıb.

GUR-un məlumatına görə, son altı ayda Şimali Koreya ballistik raketlərinin dəqiqliyini təkmilləşdirib, pilotsuz uçuş aparatları (PUA) ilə müharibə aparmaq qabiliyyətini inkişaf etdirib və Rusiya alimlərinin köməyi ilə müasir silahların istehsalını sürətləndirib.

“Rusiya ilə əməkdaşlıq Şimali Koreyaya silahlı qüvvələrini modernləşdirmək üçün geniş imkanlar yaradıb. Xüsusilə, Koreya Xalq Ordusunun bölmələri müasir döyüş təcrübəsi qazanıb, nüvə raketləri sahəsində potensialını inkişaf etdirib, müasir silah sistemlərinin istehsalını qurub, dəniz qüvvələrini gücləndirib və kəşfiyyat məlumatlarının toplanması imkanlarını genişləndirib”, – deyə GUR-un qiymətləndirməsində bildirilir.

//Samir Qurbanov, Editor.az