Ukrayna mülki aviasiya uçuşlarının bərpa etmək istəyirbackend

Ukrayna mülki aviasiya uçuşlarının bərpa etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibə başa çatmmamış mülki aviasiya uçuşlarının bərpası ilə bağlı Qərb strukturları ilə danışıqlara başlayıb.

Editor.az bildirir ki, bu barədə Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov martın 11-də RBC-Ukraynaya müsahibəsində bildirib. Onun sözlərinə görə, bütün beynəlxalq uçuşlar iki tənzimləyiciyə uyğundur – Avropa və Amerika. Ukrayna tərəfi artıq onlara öz baxışını və risk qiymətləndirməsini, həmçinin gələcək iş üçün mümkün alqoritmləri çatdırır.

“Dünyada pilotsuz təyyarələrin və ya raketlərin istənilən vaxt uça biləcəyi hava limanları nümunləri yoxdur. İsrail ən uğurlu nümunədir. Biz İsrail mülki aviasiya administrasiyası ilə məsləhətləşmələrə çox vaxt sərf etmişik və keçirməyə də davam edirik. Yeri gəlmişkən, onların əksəriyyətinə keçmişdə hərbçilər rəhbərlik ediblər”, – Kubrakov bildirib. O, dəqiq tarixləri açıqlamayıb və dəqiqləşdirməyib ki, söhbət Ukraynanın bir və ya bir neçə hava limanında uçuşların bərpasından gedir, hökumətin planlar səviyyəsində müxtəlif ssenariləri var.

Baş nazirin müavini vurğulayıb ki, həm yerli, həm də xarici şirkətlər potensial olaraq bazara qayıtmağa hazırdırlar. “Ryanair” deyib ki, hava məkanı açılandan dərhal sonra bütün bazarı istəyirlər, onlarla ərizə verirlər. Biz həm də üç Ukrayna şirkəti ilə danışıqlar aparırıq. Onlar da təbii ki, buraya uçmaq istədiklərini təsdiqləyirlər – bunlar onların baza hava limanlarıdır, onların baza ölkəsidir”, – deyən Kubrakov əlavə edib ki, hakimiyyət müharibədən sonra milli hava operatorunun yaradılması məsələsinə qayıtmağı planlaşdırır.

//Samir Qurbanov, Editor.az