Ukrayna NATO-ya daxil olmasa belə, ABŞ yenə də onu silahla təmin etməyə davam edəcək.
Editor.az bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində bildirib. “Bu o deməkdir ki, bizim başqaları kimi, onlarla da (ukraynalılarla) gələcəkdə özlərini müdafiə edə bilmələri üçün silah tədarük etdiyimiz digər ölkələrlə eyni münasibətlərimiz var”, – deyə Amerika prezidenti izah edib.
Eyni zamanda o qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli Rusiyanın heç vaxt Ukraynanı ələ keçirməyəcəyini təmin etməlidir. Onun sözlərinə görə, nizamlanma prosesi heç də Ukraynanın NATO-ya daxil olması demək deyil.
//Samir Qurbanov, Editor.az

