CNN-in verdiyi məlumata görə, 30 noyabrda Mayamidə keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndələri Kiyevin NATO-ya qoşulmasına faktiki olaraq mane olacaq sülh yolu ilə həll ssenarisini müzakirə ediblər.
Bu ssenari Ukraynanın faktiki olaraq alyans üzvləri ilə Rusiya arasında birbaşa danışıqlar aparılan müqavilə çərçivəsində NATO-ya qoşulmasına mane olacağını nəzərdə tutur. Lakin Kiyev rəsmi və hüquqi cəhətdən NATO-ya qoşulmaq istəklərindən imtina etməyə məcbur edilməyəcək. Mənbə izah edib ki, “Əgər ABŞ Rusiya ilə ikitərəfli danışıqlar aparmaq istəsə və ya Moskva NATO-dan çoxtərəfli zəmanətlər tələb edərsə, Ukrayna bu prosesə cəlb olunmayacaq”.
Bu “zərif kompromis”lə bağlı son qərar Ukrayna Prezidenti Vladimir Zelenskinindir. Lakin bu cür sülh müqaviləsi şərtləri digər alyans üzvləri arasında dəstək tapmaya bilər. ABŞ rəsmiləri əvvəllər dəfələrlə Ukraynanın NATO üzvlüyündən imtina etməsi ideyasını rədd ediblər.
//Samir Qurbanov, Editor.az

