Ukrayna niyə əks-hücuma başlamır? – amerikalı hərbi ekspert açıqladıbackend

Ukrayna niyə əks-hücuma başlamır? – amerikalı hərbi ekspert açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfi görünən çətinliklərə və yüksək risklərə görə əks-hücum əməliyyatına başlamır.

Editor.az bildirir ki, bu barədə ABŞ-ın istefada olan general-leytenantı Mark Hertlinq bildirib. Onun sözlərinə görə, əks-hücum böyük güc, manevr qabiliyyəti, nişan alma və atışda dəqiqlik, etibarlı təchizat xətləri tələb edir. İndiyədək Ukrayna bu miqyasda belə bir şey etməyib.

Təlimlərdə və döyüş əməliyyatlarında təcrübəmə əsasən deyə bilərəm ki, bu hətta hərbçilər üçün də çətindir. Döyüş gücünü bir neçə həlledici nöqtəli hücumda cəmləmək üçün böyük təcrübəyə malik kadrlar lazımdır”, – Hertliq bildirib. Hərbçilərin fikrincə, əks-hücum əməliyyatının çoxlu riskləri var, çünki ukraynalı döyüşçülərə irəliləmək əmri verildikdən sonra onları geri çəkə bilməyəcəklər. O, həmçinin qeyd edib ki, bu, hətta ən elit Amerika bölmələri və ən yaxşı hərbi lider üçün də çətin olacaq.

  //Samir Qurbanov,Editor.az