Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün artıq Birləşmiş Ştatlardadır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov özünün “Telegram” kanalında məlumat yayıb.
Rustem Umerov və David Araxamiya ilə birlikdə amerikalı tərəfdaşlarla sülh sazişinin detalları barədə vacib danışıq aparılacaq. Planlaşdırılmış görüşdə Stiven Uitkoff, Cared Kuşner və Daniel Driskol da iştirak edəcək.
Budanov vurğulayıb ki, Ukraynaya ədalətli sülh lazımdır: “Biz nəticəyə nail olmaq üçün çalışırıq”.

