Ukrayna nüvə silahı ala bilər – ABŞ-ın müdafiə naziri Pit Heqsetbackend

Ukrayna nüvə silahı ala bilər – ABŞ-ın müdafiə naziri Pit Heqset

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ola bilsin ki, Ukrayna nüvə silahı əldə edə bilər. Lakin son nəticədə bu qərar tamamilə ABŞ prezidenti Donald Trampdan asılıdır.

Editor.az bildirir ki, bu barədə cümə axşamı, fevralın 13-də ABŞ-ın müdafiə naziri Pit Heqset “Breitbart “News”a müsahibəsində bildirib.

Fevralın 4-də Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinə Rusiyanın növbəti işğalına qarşı təhlükəsizliyin təminatı olaraq NATO üzvlüyü və ya nüvə silahı təklif edilməlidir. Xüsusilə, o qeyd edib ki, əgər NATO-ya daxil olmaq “illər və ya onilliklər çəkirsə, onda bizə nüvə silahı versinlər”. “Mən burada açıq və ya ünvansız bir şey elan etmək üçün gəlməmişəm. Bu, mənim işim deyil. Bu, prezidentin işidir.

O, liderdir, danışıqlar aparan, sövdələşmələr aparan şəxsdir” – Zelenski deyib. O əlavə edib ki, “Bizim bəzilərimiz müqavilənin bağlanma ehtimalını artıra biləcək müəyyən şərtlərin qoyulmasına kömək etmək üçün oradayıq və mən NATO kontekstində bunu etməyə çalışmışam.”

//Samir Qurbanov, Editor.az