“Oktyabrın 17-nə keçən gecə ruslar Ukraynaya altı “Şahed” PUA-sı ilə hücum edib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, hücum barədə Ukrayna Hərbi Hava Qüvvələrinin telegram kanalında məlumat verilib.
“Odessa bölgəsi vuruldu, lakin xoşbəxtlikdən bütün altı hədəf hava hücumundan müdafiə vasitəsi ilə məhv edildi,-deyə məlumatda qeyd edilib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya məxsus iki hərbi aerodromu vurduğu da bildirilib.
//Safura Bənnayeva, Editor.az

