Ukrayna əsgərləri bütün cəbhə boyu düşməni tükəndirməklə, canlı qüvvə və texnika ilə işğalçı qüvvələrə fəal şəkildə itki verməkdə davam edir.
Editor.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatına istinadən bildirir ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib.
Bundan başqa, raket qoşunlarının bölmələri düşmənin şəxsi heyətinin cəmləşdiyi 3 əraziyə də zərbələr endirib.
//Samir Qurbanov, Editor.az

