Ukrayna ordusu Donetskdə əks hücuma keçdi: 1 bölgə azad edildibackend

Ukrayna ordusu Donetskdə əks hücuma keçdi: 1 bölgə azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Maryinka bölgəsində əks hücuma keçib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna rayon üzərində nəzarəti tamamilə bərpa edib. Hazırda Xerson vilayətində, Aleksandrovka ərazisində döyüşlər davam edir.

Bundan əvvəl Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiya hərbçilərinin aprelin 19-na keçən gecə Ukraynanın şərqini yarıb keçmək cəhdlərinin baş tutmadığını bildirib.

Kanal.az