Ukrayna ordusu əks-hücuma keçdi – Bu ərazi azad edildibackend

Ukrayna ordusu əks-hücuma keçdi – Bu ərazi azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kiselivka, Soldatske və Oleksandrivka istiqamətlərində əks-hücum əməliyyatı keçirir.

Bu barədə Xerson Şəhər Şurası məlumat yayıb.

Məlumata görə, rus ordusunun mövqelərinə qarşı əks-hücum effektli olub. Tavriyske kəndi azad olunub və tamamilə Ukrayna qüvvələrinin nəzarəti altındadır.

Ukrayna aviasiyası bundan əvvəl Xerson vilayətinin Ruisiyanın 5 müxtəlif yaşayış məntəqəsindəki bazalarına, ponton keçidi və anbarlarına zərbələr endirib. Hava zərbələri, raket və artilleriya atəşi əməliyyatları nəticəsində 33 rus hərbçisi, 1 reaktiv yaylım atəşi sistemi, bir neçə zirehli texnika, 3 sursat anbarı və 2 yanacaq sisterni məhv edilib.

Teleqraf.com