Ukrayna ordusu əks-hücuma keçdi, ruslar geri çəkildibackend

Ukrayna ordusu əks-hücuma keçdi, ruslar geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Svyatoqorsk və Kremennoy yaşayış məntəqələri arasında aktiv əks-hücumlar həyata keçirib.

Bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşovets məlumat verib.

Onun sözlərinə görə, ək-hücum əməliyyatları nəticəsində rus hərbçiləri Kremennoy-Rubejnoe rayonlarında bir neçə kilometr şimal-şərq tərəfə doğru geri oturdulublar.

Bundan başqa, Ukrayna ordusu şimal-şərq istiqamətində Oskol çayına doğru irəliləyərək, rusların İzyum qruplaşmasının sol cinahına açıq təhlükə yaradıb.

Kanal.az