Ukrayna ordusu əks-hücuma keçibbackend

Ukrayna ordusu əks-hücuma keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti ofisi pəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna ordusunun cəbhənin bir neçə istiqamətində əks-hücuma keçdiyini deyib.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

“Dünən (martın 15) cəbhənin bəzi istiqamətlərdə qoşunlarımız kiçik taktiki əks-hücum əməliyyatları keçirib ki, bu da müdafiənin konkret sahələrində vəziyyəti yaxşılaşdırıb. Qoşunlarımız həmçinin düşmən qruplaşmalarına güclü raket-artilleriya və hava zərbələri endirib. Ən azı yeddi belə zərbə endirilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ən azı üç təyyarə, bir helikopter və bir neçə qanadlı raketi vurub.

…Düşmən isə cavab olaraq hücum təyyarələrindən və “İsgəndər” tipli ballistik raketlərdən Ukrayna ərazisindəki mülki obyektlərə zərbələr endirib. Görünür, bu, qəsdən edilir.
Görünən odur ki, Rusiya öz resurslarını xərcləyib. Suriya və Liviyadan muzdluları, Uzaq Şərqdəki bölmələrin hissələrini müharibəyə qoşmaq cəhdləri də hələ ki, baş tutmayıb. Həm bizim, həm də Qərb ekspertlərinin qiymətləndirməsinə görə, onların ehtiyat qüvvələri də tükənib”, – Ukrayna prezidenti ofisi pəhbərinin müşaviri qeyd edib.

  Editor.az