Ukrayna ordusu HİMARS-la poliqonu vurdu: 65 rusiyalı işğalçı məhv edildibackend

Ukrayna ordusu HİMARS-la poliqonu vurdu: 65 rusiyalı işğalçı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-də Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudovskoye kəndi yaxınlığındakı poliqona hücum edib.

Editor.az BBC Rus Xidmətinə istinadən xəbər verir ki, hücum nəticəsində azı 65 rusiyalı işğalçı məhv edilib. Onların fikrincə, zərbələr HİMARS reaktiv yaylım atəşi sistemi ilə həyata keçirilə bilər.

Bu zaman 36-cı qvardiya motoatıcı briqadasının (06705 saylı hərbi hissə, Trans-Baykal ərazisi) hərbi qulluqçuları sıralanmada idi. 4-cü, 5-ci və 6-cı rotalardan olan işğalçılar təlim meydançasında dayanaraq Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyiblər.

//Samir Qurbanov, Editor.az