Ukrayna ordusu hücum üçün 8 briqada yaradıbbackend

Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyaya qarşı hücum üçün 8 briqadanın yaradıldığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazir “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində qeyd edib.

“Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir”,-deyə o bildirib.

Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenko qeyd edib ki, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum həyata keçirməkdir. O, qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.

//Safura Bənnayeva, Editor.az