Ukrayna hərbi qüvvələri Xerson vilayətində üç kəndi işğalçılardan geri alıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, Yujnobuqski istiqamətində rus ordusu döyüş qabiliyyətini bərpa etmək üçün tədbirlər görür. Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində dinc əhaliyə atəş açıldığı deyilib.
Məlumata görə, rus ordusu Ukrayna Silahlı Qüvvələrinin əks hücumu nəticəsində Dobryanka, Novovoznesenskoye və Trudolyubovka yaşayış məntəqələri üzərində nəzarəti itirib.
Teleqraf.com

