Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.
Bu barədə Editor.az Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının Telegram kanalına istinadən məlumat verir. Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə Ukraynadakı silahlı təcavüzlə bağlı operativ vəziyyəti müzakirə etdiyini bildirib. “Ənənəvi olaraq, mən amerikalı həmkarıma əməliyyat vəziyyəti, xüsusilə, düşmənin əsas səylərinin Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi Luqansk istiqamətinə yönəldilməsi, eləcə də Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi barədə məlumat verdim” – Zalujnı deyib.
Editor.az

