Ukrayna ordusu İran PUA-larına divan tutdu – Hamısı məhv edildibackend

Ukrayna ordusu İran PUA-larına divan tutdu – Hamısı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın 45 “Şahid” tipli dronlarını (İran istehsalı) məhv edib.

Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı “Şahid-131” və “Şahid-136″ kamikadze pilotsuz uçan aparatları (PUA) ilə Ukraynaya hücum ediblər”, – məlumatda bildirilir.

Müxtəlif istiqamətlərdə hücum əməliyyatlarına cəlb olunan 45 İran dronunun hamısı məhv edilib.

//telegraf.com