Ukrayna hərbçilərinin Zaporojye və Donetsk vilayətlərində irəliləyiş əldə etdiyinə dair məlumatlar ortaya çıxıb. Ukrayna müdafiəçilərinin, xüsusən də Donetsk yaxınlığında irəliləyiş əldə etdiyi bildirilir.
Editor.az bildirir ki, lakin Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) bu məlumatı təsdiqləməyib. “Ukrayna qoşunlarının bir müddət əvvəl Donetskdən cənub-qərbə doğru irəlilədiyi bildirilir. Maşovets (hərbi müşahidəçi Konstantin Maşovets – red.) yanvarın 25-də bildirib ki, Ukrayna qoşunları bu yaxınlarda cəbhə xəttinin Novomikaylovkanın cənubundakı hissəsində 500 metr – 1,5 kilometr irəliləyiblər (” Donetskin cənub-qərbində), baxmayaraq ki, ISW bu irəliləyişin təsdiqini görməmişdir”, – İnstitutun hesabatında qeyd olunur. Analitiklər əlavə ediblər ki, dünən ukraynalı mənbə Zaporojye vilayətinin şərq hissəsində əsgərlərin cüzi irəliləyişi barədə məlumat paylaşıb, lakin bu faktı təsdiqləyən heç bir əyani sübut yoxdur.
“Ukrayna qüvvələrinin bu yaxınlarda Rabotinodan şimal-qərbə doğru da irəlilədiyi bildirilir, lakin ISW yanvarın 25-nə kimi cəbhə xəttində heç bir dəyişiklik müşahidə etməyib”, – hesabatda vurğulanır.
//Samir Qurbanov, Editor.az

