Ukrayna ordusu körpünü dağıtdı: “Rus əsgərləri mühasirədə…”backend

Ukrayna ordusu körpünü dağıtdı: “Rus əsgərləri mühasirədə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna qoşunları Xerson vilayətində Dnepr üzərindəki Antonovski körpüsünə zərbələr endiriblər. Çox güman ki, körpü istifadəyə yararlı olaraq qalır, lakin bu, Rusiya qüvvələrinin ürəliləməməsi üçün böyük zərbədir”.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

“Sosial şəbəkələrdəki yazılarda körpünün hərəkət hissəsinə ziyan dəydiyi göstərilib. Bu, Dnepr üzərindən Rusiyanın çayın qərbində işğal etdiyi ərazilərdən qoşunlarını yerləşdirə və ya geri çəkə biləcəyi yalnız iki yol keçidindən biridir. Dnepr çayının aşağı axını normal su yolunun eni təxminən 1000 m olan təbii maneədir”, – məlumatda deyilir.

Dnepr keçidlərinə nəzarət, çox güman ki, bölgədəki döyüşlərin nəticəsi üçün əsas amil olacaq.

Qeyd olunur ki, Rusiya Donbasdakı hücumunda minimal uğur qazanmağa davam edir, Ukrayna qüvvələri müdafiə xəttini saxlayır.

Teleqraf.com