Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Rusiyanın Kurçatov şəhərinin sərhədlərindən bir neçə on kilometr aralıda döyüşlər gedir.
Editor.az bildirir ki, bu barədə şəhərin meri İqor Korpunkov öz Telegram kanalında məlumat verib. “Vəziyyət gərgindir, fövqəladə vəziyyət tətbiq olunub, lakin bütün xidmətlər, müəssisələr, o cümlədən şəhər rəhbərliyi normal işləyir”.
Onun sözlərinə görə, “düşmən” təkcə hərbi silahlardan deyil, həm də “psixoloji xüsusi təyinatlılar”dan istifadə edərək əhali arasında çaxnaşma salaraq, idarəolunmaz vəziyyət və xaos yaradır.
Xatırladaq ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Kursk vilayətindəki vəziyyəti “federal fövqəladə vəziyyət” kimi təsnif edib.
//Samir Qurbanov, Editor.az