Ukrayna Ordusu Rusiya qoşunlarının Rusiyada Ukraynanın şərq sərhədləri yaxınlığında toplaşdığını açıqlayıb.
Editor.az “BBC” yə istinadən xəbər verir ki, Rusiya qüvvələrinin Mariupola nəzarəti ələ keçirmək üçün tezliklə hərəkətə keçəcəyi də bildirilib.
Ukrayna ordusu Donetsk və Luqansk bölgələrində Rusiyanın 6 hücumunun dəf edildiyini, 4 tankın və digər Rusiya texnikasının məhv edildiyini bildirib. Bir təyyarə və iki helikopter də daxil olmaqla, 7 hava hədəfi də vurulub.
Qeyd edək ki, Luqansk vilayətinin qubernatoru dünən bildirmişdi ki, Rusiya şərqdə yeni hücum üçün hərbi maşınlarını səfərbər edib. Qərb rəsmiləri də Rusiyanın Donbas bölgəsindəki qoşunlarının sayını iki, hətta üç dəfə artıracağını gözlədiklərini açıqlayıblar.
//Gülnarə Abasova, Editor.az

