Avqustun 6-da Rusiyanın Kursk vilayətində Ukrayna ilə həmsərhəd ərazilərdə hərbi əməliyyatlar başlayıb.
Editor.az bildirir ki, bu barədə Telegram-da Rusiya vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib: “Kursk vilayətinin Sudjanski və Korenevski rayonlarında sərhəddə döyüşlər gedir, artilleriya və aviasiya düşmənə zərbə endirir”.
Onun versiyasına görə, Ukrayna Silahlı Qüvvələri hücum edir və guya Rusiya ordusu sərhədçilər ilə birlikdə “artıq Ukrayna Silahlı Qüvvələrinin 16 texnikasını” məhv edib. Deyilənə görə, bu döyüşlər saat 8.00-da başlayıb, ilk məlumatı isə yalnız saat 17.05-də veriblər. Onların versiyasına görə, atəş təlimindən sonra 11 tank və “20-dən çox zirehli döyüş maşını”nın dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin “300-ə qədər” döyüşçüsü Nikolaevo-Daryino və Oleşnyanın sərhəd kəndlərində Rusiya mövqelərinə hücum edib. Saat 19.21-də ruslar “Ukrayna DRG”sinin atəş məğlubiyyətindən sonra Ukrayna ərazisinə geri çəkildiyini bildirdilər.
Bu gün Ukraynanın Telegram kanalları da Kursk vilayətində əsir götürüldüyü iddia edilən rusiyalı çağırışçıların videosunu yayıb. Ukraynalı hərbi jurnalist, “1+1” müxbiri Andrey Tsaplienko “əsir alınan rusların bütöv bir bölməsi” ilə video nümayiş etdirib. Rusiyanın mənbələri təsdiqləyib ki, söhbət real rus hərbçilərindən gedir.
//Samir Qurbanov, Editor.az