Ukrayna ordusu Rusiya sərhədinə çatır – Bu ərazilər azad edildibackend

Ukrayna ordusu Rusiya sərhədinə çatır – Bu ərazilər azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələri Xarkovun şimalında əks-hücumunu davam etdirərək, işğalçıları Rusiya sərhədinə qədər sıxışdırıblar. Əsgərlər bir neçə yaşayış məntəqəsini azad etməyə müvəffəq olub.

Bu barədə Ukraynanın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starı Saltovun şimalında davam edib. Ruslar Ukraynanın əks-hücumunu zəiflətmək və şimala – Rusiya sərhəddinə doğru irəliləmənin qarşısını almaq üçün İzyumdan qoşun yeridirlər.

Ekspertlərə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu Xarkovun şimal-şərq cinahında Rusiya artilleriyasının hücumlarını dayandıracaq və potensial olaraq, Ukrayna müdafiə qüvvələrinə rus ordusunun arxa tərəfinə hücum etməyə imkan verəcək. Bu əks-hücum işğalçıların Donbasda Ukrayna qüvvələrini mühasirəyə almaq üçün halqa yaratmağa çalışdıqları İzyumdakı bölmələrinin hərəkətini iflic edə bilər.

Teleqraf.com