Ukrayna ordusu ruslar tərəfindən ələ keçirilən Xerson şəhərindəki televiziya qülləsini bombalayıb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücumdan sonra bölgədə rus televiziya kanallarının yayımı dayanıb.
Qeyd edək ki, rus qüvvələr bölgədə təbliğat məqsədi ilə Rusiya kanallarının yayımlanması üçün antenalar quraşdırıb. Xerson Şəhər Şurası aprelin 25-də bölgənin rusların nəzarətinə keçdiyini açıqlayıb.

Kanal.az

