Ukrayna ordusu təşəbbüsü ələ alıb və əks-hücuma keçibbackend

Ukrayna ordusu təşəbbüsü ələ alıb və əks-hücuma keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları Xarkov, Sumı, Kiyev və Xerson vilayətlərində əks hücum əməliyyatlarına başlayıb.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də keçirdiyi brifinqdə deyib ki, “İndi düşmənin iki əsas vəzifəsi var – qoşunlarımızı mühasirəyə almaq və Mariupolun işğalını başa çatdırmaq, həmçinin Cənubda – Xerson bölgəsində müdafiəni saxlamaq… Əgər düşmənin Cənubda müdafiəsi dağılarsa, onun Mariupol ətrafında da mövqeləri pisləşəcək”.

Arestoviç növbəti bir və ya iki həftənin “dəyişkən” olacağı barədə də xəbərdar edib:

“Bəzi sektorlarda qalib gəldiyimiz və əks-hücuma keçdiyimiz barədə məlumatlar olacaq… Cəbhənin bəzi –  xüsusilə Şərq istiqamətində vəziyyətin yaxşılıqdan xeyli uzaq olması barədə də xəbərlər gələ bilər. Lakin bütün bunların müqabilində emosional, mütəşəkkil və şüurlu şəkildə hazırlıqılı olmaq lazımdır” – Arestoviç deyib.

  Editor.az